Celilabad və Göyçay rayonlarında “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb.
Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb.
Monitorinq zamanı ümumi təhsil müəssisələrində çalışan müəllimlərin təlimlərə böyük həvəs və maraqla yanaşdığı, davamiyyətin müsbət səviyyədə olduğu təyin olunub.
Təlimin məqsədi məktəblərdə səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə göstərmələrinə nail olmaqdır.
Qeyd edək ki, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.