Samux və Göygöl rayonlarında “Uşaq və yeniyetmə psixologiyasının əsasları” və «Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi» mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb.
Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq və yeniyetmə psixologiyasının əsasları” və «Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi» mövzusunda ixtisasartırma təlimlərinin davamiyyətinin monitorinqi aparılıb.
Təlimin məqsədi məktəblərdə səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə göstərmələrinə nail olmaq və müəllimlərin psixoloji qiymətləndirmə alətlərindən istifadə etmək bacarıqlarının inkişaf etdirilməsi, onların bu sahədə peşə və ixtisas hazırlığının təkmilləşdirilməsidir.
Qeyd edək ki, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.