Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova 3-6 sentyabr tarixdə Portuqaliyanın Estoril şəhərində keçirilən Avropa Sağlamlıq Psixologiyası Cəmiyyətinin 38-ci İllik Konfransında iştirak ediblər

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova 3-6 sentyabr tarixdə Portuqaliyanın Estoril şəhərində keçirilən Avropa Sağlamlıq Psixologiyası Cəmiyyətinin 38-ci İllik Konfransında iştirak ediblər.

Builki konfrans “Davamlı gələcək üçün sağlamlıq psixologiyası” adı altında keçirilib.

Konfransda “Sağlamlıqda bərabərsizlik və inklüzivlik: Sosial, siyasi və mədəni faktorların sağlamlığa təsirləri və bu bərabərsizliyin aradan qaldırılması üçün inklüziv yanaşmalar”,
“Mədəniyyət, sosial dəyişiklik və sağlamlıq: Xəstəlik və sağlamlıqla bağlı mədəni təsirlər, sosial dəyişikliklərin insan sağlamlığına necə təsir etməsi”, “Peşə sağlamlığı: Təşkilati strukturlarda iş şəraitinin sağlamlığa təsiri”, “Səhiyyə ilə ünsiyyət: Həkimlərlə və tibb işçiləri ilə düzgün ünsiyyət qurmaq, sağlamlıq riskləri və genetik məlumatlar barədə informasiyaların başa düşülməsi və paylaşılması” və digər mövzularda panel müzakirələr təşkil olunub.

Qeyd edək ki, bu istiqamətdə Psixologiya Elmi Tədqiqat İnstitutunun da araşdırması mövcuddur.

Onlardan biri də bu il “Azərbaycan həkimlərində pandemiya sonrası iş tükənməsi: psixoloji dayanıqlığın və ümidin vasitəçi rolu rolu” mövzusunda tədqiqat məqaləsi Universal İctimai Səhiyyə jurnalında 12(3): 425-433, 2024 çap olunmuşdu.

Son məqalələr

Online Qeydiyyat