Psixologiya Elmi-Tədqiqat İnstitutu “Bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”nın Azərbaycan dilində psixometrik meyarlarının yoxlanılması və dilimizə adaptasiyasının həyata keçirilməsi istiqamətində işlərə start vermişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranandan Azərbaycanda psixologiya sahəsində tədqiqat potensialının gücləndirilməsinə və onun inkişafına töhfə verir.

Bu müddət ərzində cəmiyyətdə müxtəlif yaş qruplarında rast gəlinən psixoloji problemlərin tədqiq olunması üçün psixometrik qiymətləndirilməsi aparılmış, valid və mötəbər 14 şkalanın Azərbaycana dilinə adaptasiyası həyata keçirilmişdir. Müxtəlif psixososial problemlərin tədqiqinə əsaslanan modelləmələrin aparıldığı 11 tədqiqat işi və 6 şkalanın Azərbaycan dilinə uyğunlaşdırılması ilə bağlı elmi-tədqiqat məqaləsi isə artıq beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan bazalarda indekslənən jurnallarda dərc edilib.


Dünyada gün keçdikcə yeni anlayışlar və metodikalar, testlər irəli sürülür və bu testlər vasitəsi ilə ən aktual psixoloji problemlər tədqiq olunur, bu istiqamətdə profilaktik tədbirlər görülür. Azərbaycanda isə hazırda cəmiyyətdə aktual olan məsələlərin tədqiq olunması üçün validliyə və mötəbərliliyə malik olan şkalaların olmaması tədqiqat qrupunun və Testlərin Adaptasiyası Laboratoriyasının bu məhdudiyyətləri aradan qaldırılması istiqamətində işlər görməsinə təkan verir.


Bu məqsəd uğruna ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutu “Bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”nın Azərbaycan dilində psixometrik meyarlarının yoxlanılması və dilimizə adaptasiyasının həyata keçirilməsi istiqamətində işlərə start vermişdir.

Son məqalələr

Online Qeydiyyat