“Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi” və “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda keçirilən ixtisasartırma təlimləri davam edir

Sentyabr ayının əvvəlindən Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi” və “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda keçirilən ixtisasartırma təlimləri davam edir. 

Psixologiya Elmi-Tədqiqat İnstitutundan verilən məlumata görə, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir. 


Bildirilib ki, təlimlər bugünədək Bakı şəhəri, Samux, Göygöl, Astara, Goranboy, Göyçay, Masallı və Cəlilabad rayonlarında keçirilib. 


Təlimin məqsədi təhsil sisteminin əsasını təşkil edən və təlim-tədris məsələlərinin həllində mühüm rol oynayan səmərəli müəllim-şagird-valideyn ünsiyyəti  qurmaqla yüksək nəticələrin qazanılmasına nail olmaq və müəllimlərin psixoloji qiymətləndirmə alətlərindən istifadə etmək bacarıqlarını inkişaf etdirmək, onların bu sahədə peşə və ixtisas hazırlığını təkmilləşdirməkdir. 


Qeyd edək ki, təlimlər müddətində müəllimlərə şagirdlərdə rast gəlinən müxtəlif problemlər və onların diaqnostikası ilə bağlı ümumi məlumat verilməsi, məktəbdə psixodiaqnostika işinin təşkili yollarının, psixoloji problemlərin psixodiaqnostikası üçün istifadə olunan anket, sorğu və obyektiv testlər, şagirdlərlə psixodiaqnostika işində adaptasiya olunmuş metodikalar, proyektiv metodikalar və onların tətbiqi qaydalarının öyrədilməsi nəzərdə tutulub. 

https://www.azerbaijan-news.az/az/posts/detail/ixtisasartirma-telimleri-davam-edir-1726136499

Son məqalələr

Online Qeydiyyat