Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan və ötən il Azərbaycan dilinə adaptasiya olunmuş 5 sualdan ibarət ÜST-5 Rifah İndeksi şkalası vasitəsilə 14 gün müddətində özünüzü necə hiss etdiyinizi dəyərləndirməklə rifah səviyyənizi ölçə bilərsiniz.
Şkala 25 ballıq sistemdə qiymətləndirilir. 25 bala yaxın nəticələr rifah səviyyəsinin yüksək olduğunu, 0-a yaxın əldə olunan nəticələr isə aşağı olduğunu ifadə edir.
Onu da qeyd edək ki, ÜST-5 Rifah İndeksi şkalasının Psixologiya Zirvəsi-2 konfransında təqdimatı keçirilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d. Elnur Rüstəmov, Yıldız Teknik Universitetinin Eğitim Fakultəsinin professoru Seydi Ahmet Satıcı və psixoloq Ülkər Zalova-Nuriyeva tərəfindən yazılan “ÜST-5 rifah indeksinin Azərbaycana uyğunlaşdırılması: onun psixoloji sıxıntı, dözümlülük və həyatdan məmnunluq ilə əlaqəsinin araşdırılması” adlı məqalə nüfuzlu “Springer Nature” elmi bazasına daxil olan Q1 kateqoriyalı “BMC Psychology” beynəlxalq jurnalında dərc olunub.
https://bmcpsychology.biomedcentral.com/articles/10.1186/s40359-024-01593-0