Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib.

Görüşdə tədqiqat qruplarının üzərində işlədiyi 3 fərqli məqalənin müzakirəsi aparılıb. Qrup üzvləri Azərbaycan dilində adaptasiyasını həyata keçirmək üçün “Smartfondan asılılıq şkalası”, “Rozenberq özünəhörmət şkalası” və “Məktəb iştirakı şkalası”nın tədqiqat məqaləsinin “Introduction” hissəsini yekunlaşdırıblar.

Eyni zamanda, adaptasiyanın həyata keçirilməsi üçün tədqiqatın hədəf kütləsini təşkil edən insanlardan məlumatlar əldə etmək üçün sorğu hazırlanmış və sorğuda iştirak üçün 5-11-ci sinif şagirdləri və 18 yaşdan yuxarı yetkin şəxslər prosesə cəlb olunmuşdur.

Son məqalələr

Online Qeydiyyat