Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, dos. Ceyhun Alıyev, dos. Müşfüq Mustafayev, dos. Məhərrəm Əliyev, t.ü.f.d., həkim-psixiatr Araz Manuçehri Lalei , Şahin Şərifov, psixoloq Mətanət Əliyeva, Ülviyyə Nəhmətova, Ülkər Zalova və Seyyid Zeynəb Əliyeva iştirak ediblər.

İclasda Psixologiya Elmi Tədqiqat İnstitutunun qarşısında duran hədəflər və vəzifələr, elmi məqalələrin hazırlanması üzrə tədqiqat qruplarının apardığı işlərin gedişatı, şöbələrin ümumi fəaliyyəti haqqında danışılıb.

Eyni zamanda, iclasda yenidənhazırlanma proqramı, ixtisasartırma kursları barədə müzakirə aparılıb.

Daha sonra Ülkər Zalova Nuriyeva metodikaların adaptasiyası ilə bağlı görülən işlər barədə şuraya məlumat verib.

Sonda Elmi-metodiki şöbədə hazırlanmış kitabların çapı və perspektivdə görüləcək işlər müzakirə edilib.

Online Qeydiyyat