Azərbaycan Dillər Universitetinin Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alan tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış laboratoriyasında olublar.
Laboratoriyanın baş mütəxəssisi Səyanə Əliyeva tələbələrə laboratoriyadakı “Neurofeedback” və “Neurofeedback robotu”, “Transkranial Birbaşa Cərəyan Stimullaşdırıcı” (tDCS), “Beta-Alfa” aparatı, “Virtual – Reallıq (VR)” həyəcan-qorxu aparatı, LiTMS aparatı, “Quantitative (Rəqəmsal)” “Elektroensefaloqramma (QEEG)” aparatları barədə məlumat verib, onların işləmə mexanizmi haqqında danışıb.
Səyanə Əliyeva həmçinin tələbələri aparatlar vasitəsilə aparılan psixokorreksiya və psixodiaqnostika metodları ilə tanış edib.
Eyni zamanda, tələbələr diaqnostika və korreksiya işlərini praktik təcrübədən keçiriblər.
Daha sonra tələbələr institutun Fuad İbrahimbəyov adına kitabxanası ilə yaxından tanış olublar.
Sonda tələbələrlə kollektiv şəkil çəkdirilib.