Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupu ilə görüşüb.
Görüşdə gələcək tədqiqatlarla bağlı, tədqiqatların əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, son iki ayda tədqiqat qrupunun yeni üzvləri ilə birgə Azərbaycan dilinə beş test adaptasiya olunmuşdur. Sədr həmin tədqiqatlarla bağlı nəticələr barədə tədqiqat üzvləri ilə danışıb.