Bu gün “CareerLAB” Şəbəkəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (2-ci tədris binası) psixologiya ixtisasında təhsil alan gənclər üçün panel müzakirə keçirilib

Bu gün “CareerLAB” Şəbəkəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (2-ci tədris binası) psixologiya ixtisasında təhsil alan gənclər üçün panel müzakirə keçirilib.

Müzakirədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d. Elnur Rüstəmov, “NLP Academy” MMC-nin təsisçisi və direktoru, psixoloq, NLP master, təlimçi Elmir İsgəndərov, “Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi” İB idarə heyətinin sədri, psixoloq Fidan Azərqızı və Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov çıxış ediblər.

Spikerlər müasir dövrdə karyerasını psixologiya sahəsində qurmaq istəyən gənclər üçün lazım olan bilik və bacarıqlar haqqında danışıblar.

Psixoloq olmaq istəyən tələbə gənclər universitet illərini necə dəyərləndirməli, həmçinin işə qəbul olduqdan sonra ilk 5 ilində nələri hədəfləməli, hansı kompetensiyalarını inkişaf etdirməli, hansı sertfikatları əldə etməli və akademik olaraq necə özünü inkişaf etdirməli və bu müddəti necə dəyərləndirməlidirlər sualları ətrafında müzakirələr aparılıb.

Sonda tələbələrlə xatirə şəkli çəkdirilib.

Son məqalələr

Online Qeydiyyat