Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə institutun sədri Elnur Rüstəmov, institutun əməkdaşları və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin “Könüllü fəaliyyət” proqramı üzvləri iştirak ediblər.

Elnur Rüstəmov çıxışında qeyd edib ki, ölkəmiz öz gücünü bu qələbə ilə bir daha sübut etdi. Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.

Xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza və Ali Baş Komandanımıza borcluyuq. Biz 44 günlük Vətən müharibəsində məhz ədalətin Zəfərinin şahidi olduq.

Ali Baş Komandanımıza, yenilməz ordumuzun gücünə ürəkdən inandıq. İnamımızla həmrəy olduq, birlik olduq və dəmir yumruqda birləşdik.

Qətiyyətli iradəsi, siyasi sayıqlığı olan liderimizin, səriştəli, güclü ordumuzun qələbə əzminə şahidlik etdik.

Bəli, Qələbə itkilərsiz qazanılmır.

Bu gün güclü ölkəmiz əzəmətli Azərbaycan qəhrəman oğullarımızın, qızlarımızın əsəridir.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

Elnur Rüstəmov son olaraq Zəfər Günü münasibətilə hər kəsi təbrik edib.

Son məqalələr

Online Qeydiyyat