Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına “Sosial mediadan çox istifadənin ziyanaları” barədə müsahibə verib.

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov “informator.az”a açıqlamasında sosial medianın gənclərə mənfi təsirlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, sosial mediada baş verən yeniliklərin gənclərin psixologiyasına mənfi və müsbət təsirləri var:

“Sosial media və texnologiya gənclərin gündəlik həyatında dərin izlər buraxan bir faktor halına gəlib. İnternet və rəqəmsal texnologiyaların sürətlə inkişafı ilə gənclərin sosiallaşma, məlumat əldə etmə və əyləncə anlayışı da dəyişib. Bu yeniliklər gənclərin psixologiyasına həm müsbət, həm də mənfi təsir göstərir. Öncə onu qeyd etmək lazımdır ki, sosial media asılılığı gənclərin ruh halına və davranışlarına bir sıra mənfi təsirlər göstərir. Belə ki, sosial mediada daim ideal və mükəmməl görüntülərin paylaşılması gənclərdə depressiya və həyəcan riskini artırır. Onlarda özünü başqaları ilə müqayisə etməyə və narazılıq hissinə yol açır. Bundan əlavə, “Like” sayı və izləyici rəqəmləri kimi göstəricilər gənclərin özünə hörmətinə də təsir edir. Eyni zamanda həddindən artıq sosial mediadan istifadə real sosial münasibətlərdən uzaqlaşmağa səbəb olur”,-deyə o bildirib.

Psixoloq texnologiya asılılığının problemlərindən də danışıb:

“Texnologiya asılılığı bir çox psixoloji problemlərə də yol açır. Belə ki, daimi telefon və ekran istifadəçisi olmaq diqqət əksikliyinin pozulmasına səbəb olur. Digər tərəfdən yatmazdan əvvəl telefon və kompüter istifadəsi melatonin ifrazını pozuraraq ciddi fəsadları özündə birləşdirir. Uzun müddətli oyun, rəqəmsal platformalarında iştirak bəzi hallarda aqressiv davranışa və hərəkət məhdudiyyətinə yol açır.”.

Rəqəmsal dünyada balansı qorumaq üçün gündəlik texnologiya istifadəsi müddəti müəyyən olunmalıdır:

“Bu səbəbdən də canlı görüşlər, ünsiyyət və real sosial fəaliyyətlər artırılmalıdı. Çünki hobbilər, kitab oxumaq kimi fəaliyyətlərlə məşğul olmaq texnologiya asılılığının qarşısını almağa kömək edir. Gənclərə sosial media və texnologiyanın təsirləri haqqında məlumat vermək onların rəqəmsal dünyaya münasibətini sağlamlaşdırmağa kömək edə bilər”.

“Gənclərin psixoloji sağlamlığını qorumaq üçün valideynlər, müəllimlər və cəmiyyət rəqəmsal asılılıq mövzusunda maarifləndirilməlidir. Texnologiya istifadəsi ilə bağlı balanslı yanaşma, gənclərin həm sosial, həm də emosional sağlamlıqlarını qoruyacaq”.

https://informator.az/news_12409.html

Son məqalələr

Online Qeydiyyat