Psixologiya Elmi-Tədqiqat İnstutut və Azərbaycan HR İnstitutu arasında 16 dekabr tarixində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Əməkdaşlıq memorandumu Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov tərəfindən imzalanmışdır.
Əməkdaşlıq çərçivəsində şirkətlərə iş mühitinin psixoloji dəyərləndirilməsi üzrə konsaltinq xidmətinin verilməsi və dəyərləndirmələr sonrası şirkət əməkdaşları ilə korreksiyaedici tədbirlər həyata keçirmək üçün, təlimlərin, psixoloji xidmətin təşkili nəzərdə tutumuşdur.