Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüş keçirib

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüş keçirib.

Müzakirələrdə ötən ilin nəticələri təhlil edilib və daha keyfiyyətli psixoloji xidmətin göstərilməsi, psixoloji problemlərin diaqnostikası üçün yeni testlərin adaptasiyası və praktik tətbiqi ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, daha peşəkar psixoloji xidmətin göstərilməsi və daha düzgün diaqnostika üçün cari ildə əlavə üç test adaptasiya olunacaq.

Görüşdə müdaxilə proqramları və onların tətbiqi haqqında da danışılıb.

Sonda Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyası ilə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin birgə əməkdaşlığı, görüləcək işlər müzakirə edilib.

Online Qeydiyyat