Treninq proqramı: Bullinqin qarşısının alınması və müdafiə strategiyaları
Müddət: 3 saat
Keçirilmə Forması: Əyani - Online - Hibrid
İştirakçı Sayı: 15-25 nəfər
İştirakçılar nə qazanacaq
Bullinqi tanıma bacarığı: Yeniyetmələr bullinqin müxtəlif növlərini və təsirlərini başa düşəcək, özlərini və başqalarını qorumaq üçün həssaslıqlarını artıracaqlar.
Şəxsi müdafiə strategiyaları: Bullinqə qarşı özlərini necə müdafiə etməyi və emosional müqavimət göstərməyi öyrənəcəklər.
Sosial dəstək şəbəkəsinin qurulması: Təhlükə anlarında dəstək alacaq şəxsləri müəyyən edərək, güvənli və faydalı əlaqələr qurmağı öyrənəcəklər.
Preventiv tədbirlər hazırlamaq: Bullinqin qarşısını almaq üçün fərdi və qrup səviyyəsində preventiv planlar hazırlama bacarığı qazanacaqlar.
Praktiki bacarıqlar: Roll oyunları və müzakirələr vasitəsilə özünəinamı artıracaq, real vəziyyətlərdə necə reaksiya vermək lazım olduğunu öyrənəcəklər.
Əlavə qeydlər
Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.