İştirakçılar, öz fikirlərini açıq və hörmətli şəkildə ifadə etməyi öyrənəcək, həmçinin “Yox” deməyi bacaracaqlar. Bu bacarıq, həm şəxsi həyatlarında, həm də sosial mühitlərində onlara güvən və sərhəd qoyma imkanı verəcək.
Qeyri-verbal ünsiyyətin əhəmiyyətini başa düşəcək və bədən dili bacarıqlarını inkişaf etdirəcəklər. Praktika vasitəsilə, bədən dili və üz ifadələrini doğru şəkildə istifadə etməyi öyrənəcəklər.
İştirakçılar emosional stabilliyini qorumağı, öz hisslərini anlamağı və ifadə etməyi öyrənəcək, bu da münasibətlərində daha sağlam ünsiyyət yaratmağa kömək edəcək.
Aktiv dinləmə bacarığı inkişaf edəcək, çətin və gərgin vəziyyətlərdə belə diqqətli və empatik şəkildə dinləməyi öyrənəcəklər.
Qavrayışın və təcrübələrin rolu - Kommunikasiya zamanı qavrayışın və keçmiş təcrübələrin necə təsir etdiyini başa düşəcək və bu bilikləri daha düzgün ünsiyyət qurmaq üçün tətbiq edəcəklər.
Əlavə qeydlər
Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.