Özünü dərk etmə bacarığı: Şəxsi güclü və zəif tərəflərinizi təhlil edərək özünüzü daha dərindən tanıyacaq, həyatınızdakı və karyeranızdakı qərarları daha məqsədyönlü qəbul edəcəksiniz.
Maraqlar və dəyərlərin aydınlaşması: “Ən yaxşı seçimlər” və dəyərlər kartları texnikaları ilə həyat və karyera məqsədlərinizi dəqiq müəyyən edəcək, ən uyğun istiqamətləri tapacaqsınız.
Praktik özünütəhlil vasitələri: SWOT analizi, “Özünənəzarətdə uğursuzluq” və “Üç davranış forması” kimi vasitələrlə şəxsi və peşəkar inkişafınızı sürətləndirəcək.
SMART məqsəd təyini: SMART texnikası ilə şəxsi inkişaf planınızı yaradaraq konkret və ölçülə bilən hədəflər qoyacaq, bu məqsədlərə doğru planlı şəkildə irəliləyəcəksiniz.
Fərdi inkişaf planı: Qeyd dəftərçələri və fərdi planlama cədvəlləri vasitəsilə öz inkişaf yolunuzu özünüzə uyğun şəkildə formalaşdıracaq, hər addımda nə etməli olduğunuzu biləcəksiniz.
Bu təlim sizə özünüzü tam anlamanızı və həyatda daha uğurlu, balanslı və məmnun bir yol tapmağı təmin edəcək!
Təlim proqramı üçün resurslar
Slayd Təqdimatı
Fərdi Planlama cədvəlləri, Qeyd Dəftərçələri iştirakçılara təqdim edilir
Rol Oyunları Ssenariləri: İştirakçılar üçün praktiki nümunələr