Problemləri yaradıcı və analitik şəkildə həll etmə bacarığı: İştirakçılar, “Outside the box” düşüncə tərzini tətbiq edərək daha geniş perspektivdən yanaşmağı və fərqli həll yolları tapmağı öyrənəcəklər.
Qərar qəbul etmə prosesində strateji yanaşmalar vasitəsi ilə iştirakçılar düzgün və adekvat qərarlar verməyi öyrənəcəklər.
Effektiv kommunikasiya bacarıqları: Problemləri həll edərkən düzgün ünsiyyət qurmaq və danışıqların 4 mərhələsini tətbiq edərək qarşılıqlı anlaşma yaratma bacarıqları inkişaf edəcək.
Kreativ düşüncə və alternativ həll yolları yaratma: İştirakçılar daha yaradıcı düşünməyi və alternativ həll yollarını dəyərləndirərək ən uyğununu seçməyi öyrənəcəklər.
Praktiki problem həlləri və tətbiqlər: Treninqdəki praktiki məşğələlər iştirakçılara nəzəri bilikləri praktikada tətbiq etməklə qərar vermə və problem həll etmə bacarıqlarını möhkəmlədəcək.
Əlavə qeydlər
Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.