Psixoloji Elmi Tədqiqat İnstitutu ilə “Education and Training Services” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

31 yanvar tarixində Psixoloji Elmi Tədqiqat İnstitutu ilə “Education and Training Services” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq Sazişini hər iki qurumun rəhbərləri Dr. Elnur Rüstəmov və Dr. Elvin Əhmədov imzalayıblar.

Saziş çərçivəsində ölkədə təhsilə və elmi-texniki inkişafa dəstək göstərilməsi, neft-qaz, psixologiya, korporativ və şəxsi inkişaf sahələri üzrə təlimlərin, seminarların, konfransların keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin təşkili nəzərdə tutulub.

Online Qeydiyyat