17.02.2025-ci il Psixologiya Elmi-Tədqiqat İnstitutu üçün əlamətdar bir gün oldu

17.02.2025-ci il Psixologiya Elmi-Tədqiqat İnstitutu üçün əlamətdar bir gün oldu. Belə ki, institutun Əlavə Təhsil və İnnovasiyalar şöbəsində psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsili almış tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq olunmuş diplomların təqdimatı ilə bağlı tədbir keçirilib.

Təqdimatda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev, institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova və Ümumi şöbənin müdiri Aynur Kərimova, həmçinin institutun digər mütəxəsissləri, məzun olan tələbələr iştirak ediblər.

Təbrik nitqi ilə çıxış edən sədr Elnur Rüstəmov bu günün əlamətdar tarix olduğunu söyləyib. O, bu münasibətlə institutun əməkdaşlarını və tələbələri təbrik edib. Gösdərdikləri etimada görə Elm və Təhsil Nazirliyinə, mütəxəssislərə və tələbələrə öz təşəkkürünü bildirib.

Sədr əlavə təhsil (yenidənhazırlanma) proqramı üzrə təhsil almış tələbələrdən institutun elmi tədqiqat işlərində məlumatların toplanılması və təhlil edilməsi prosesində, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində və digər mərkəzlərdə psixoloq kimi fəaliyyət göstərənlərin olduğunu diqqətə çatdırıb.

Elnur Rüstəmov institutun elmi tədqiqat işlərindən, İnstitutunun təşkil etdiyi və əlavə təhsilə aid olan ixtisasartırma kurslarından və simpoziumlarından bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev sədr Elnur Rüstəmovu, mütəxəssisləri və İnstitutun ilk tələbələrini təbrik edib. Prof. Ramiz Əliyev İnstitutun gördüyü işləri, apardığı tədqiqatları müsbət dəyərləndirib. Bu sahədə Psixologiya Elmi-Tədqiqat İnstitutunun aparıcı müəssisə olduğunu vurğulayıb və uğurlar arzulayıb.
Prof. Ramiz Əliyev də bu tarixi anda onun da əməyi olduğuna çox şad olduğunu bildirib. Tələbələri bu uğurlarına görə təbrik edib.

Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev də yenidənhazırlanma təhsilinin təşkilində yaxından iştirak etdiyini və tədrisin keyfiyyətlə keçirildiyini bildirib. O, qeyd edib ki, tələbələr tədris prosesində aktivliyinə görə xüsusi seçilirdilər.

Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova isə bu işi həyata keçirilməsinin ona tapşırılmasına görə rəhbərliyə minnətdarlığını bildirib. Daha sonra qeyd etdi ki, yenidənhazırlanma təhsili almış tələbələr tədris prosesində həm şəxsi inkişaflarına, həm peşəkar təcrübə qazanmalarına fürsət qazandılar. Burdan öyrəndikləri bilik və təcrübəni öz fəaliyyətlərində tətbiq edərək uğur əldə etmələri onu çox sevindirir. Şöbə müdiri tələbələri diplomları almaları münasibətilə hər birini təbrik edib.

Sədr təqdimatda iştiraklarına görə başda prof. Ramiz Əliyev olmaqla bütün mütəxəssislərə təşəkkürünü bildirib.

Daha sonra əlavə təhsil (yenidənhazırlanma) proqramında təhsil almış tələbələr başda sədr Elnur Rüstəmov olmaqla bütün müəllimlərinə öz təşəkkürlərini bildiriblər.

Tədbirin yekununda tələbələrə diplomları təqdim olunub və onlarla xatirə şəkli çəkdirilib.

Diplom almış tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.

Online Qeydiyyat