Qərbi Kaspi Universitetinin tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olublar

Bu gün Qərbi Kaspi Universitetinin təhsildə sosial-psixoloji xidmət və psixologiya ixtisasında təhsil alan 3-cü kurs tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olublar.

Beyin və davranış laboratoriyasının rəhbəri Səyanə Əliyeva tələbələrə laboratoriyada olan cihazlarla bağlı məlumat verib, aparılan elmi tədqiqat işləri haqqında onları məlumatlandırıb.

Daha sonra tələbələr institututun Fuad İbrahimbəyov adına olan elmi kitabxana ilə tanış olublar.

Son olaraq tələbələr kollektiv xatirə şəkli çəkdiriblər.

Online Qeydiyyat