20 Aprel 2025 – “Education and Training Services” MMC tərəfindən Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları üçün təşkil edilən “Təlimçilər üçün təlim – peşəkar təlimçi” proqramının bağlanış mərasimi keçirilib

20 Aprel 2025 – Bu gün “Education and Training Services” MMC tərəfindən Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları üçün təşkil edilən “Təlimçilər üçün təlim – peşəkar təlimçi” proqramının bağlanış mərasimi keçirilib.

Yekun tədbirdə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, ETS MMC-nin direktoru Elvin Əhmədov, Narınc Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova, həmçinin proqramın iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Elnur Rüstəmov və Elvin Əhmədov proqramın əhəmiyyətinə diqqət çəkiblər. Onlar bu cür təlimlərin peşəkar inkişafda və təlim bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Elvin Əhmədov çıxışı zamanı kurs iştirakçılarının fəallığını və yüksək motivasiyasını xüsusi qeyd edərək, onların gələcək fəaliyyətlərində uğurlar qazanmalarını arzulayıb.

Daha sonra çıxış edən Narınc Rüstəmova tədbirin təşkilində əməyi keçən hər iki quruma təşəkkürünü bildirib, təlim iştirakçılarını uğurla başa vurduqları proqram münasibətilə təbrik edib.

Rəsmi çıxışlardan sonra söz təlim iştirakçılarına verilib. Onlar təlim proqramının məzmunu, öyrəndikləri bilik və bacarıqlar, eləcə də yaradılan interaktiv mühit haqqında fikirlərini bölüşüblər.

Yüksək əhval-ruhiyyəli tədbirin sonunda iştirakçılara ETS MMC-nin fərqlənmə sertifikatları təqdim olunub və xatirə şəkilləri çekdirilib.

Son məqalələr

Online Qeydiyyat