Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “İllinoys Bullinq şkalasının Azərbaycan dilinə adaptasiyası: Bullinq, psixoloji sıxıntı və rifah arasındakı əlaqənin araşdırılması” adlı tədqiqatda 1832 qız, 1488 oğlan olmaqla, ümumilikdə 3320 yeniyetmə iştirak etmişdir.
Bu şkaladan istifadə etməklə bullinq göstərən şəxs, bullinqə məruz qalan qurban və onlar arasındakı konflikti aşkar etmək mümkündür.
Tədqiqatın nəticələri göstərir ki, uşaq və yeniyetmələrin bullinq səviyyəsi ilə psixoloji sıxıntı arasında əhəmiyyətli mövcuddur. Yəni, bullinq səviyyəsi yüksək olduqda, psixoloji sıxıntı səviyyəsinin də yüksək olduğu müşahidə olunur.
Bundan əlavə, bullinqin təşviş, stress və depressiya ilə bir-başa əlaqəli olduğu ortaya çıxmışdır. Nəticə bunu deməyə əsas verir ki, uşaq və yeniyetmələr bullinqə məruz qalması onların təşviş, stres və depressiyaya meylliliyini artırır.
Eyni zamanda, bullinq səviyyəsinin artması, uşaq və yeniyetmələrin rifah səviyyəsinin azalmasına proqnozlaşdırıcı təsir göstərir.
Tədqiqatın nəticələri göstərir ki, bu şkala uşaq və yeniyetmələr arasında yayılan bullinq davranışının sosial və psixoloji təsirlərini daha yaxşı başa düşmək və müvafiq müdaxilə proqramları həyata keçirmək üçün əhəmiyyətli bir vasitədir.
Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, uzman klinik psixoloq Narınc Rüstəmova, institutun əməkdaşı Ülviyyə Nəhmətova və Mətanət Əliyevanın iştirakı ilə yazılan tədqiqat məqaləsi “Index Copernicus”, “ERIH Plus”, “Google Scholar”, “Crossref” kimi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan “Problems of Psychology In The 21st Century” jurnalında dərc olunmuşdur.
https://journals.indexcopernicus.com/api/file/viewByFileId/1880160


