Psixologiya Elmi-Tədqiqat İnstitutu, Albert Ellis İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” kursumuzun növbəti dərsi Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tərəfindən tədris edilib.
“Zoom” platforması üzərindən həyata keçirilən dərsdə iştirakçılar əvvəlcə test tapşırığı edib və bu tapşırıq vasitəsilə iştirakçıların çətinlik çəkdiyi mövzular təyin olunub.
Daha sonra “Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun, oyun və internet asılılığının terapiyası” mövzusu tədris edilib. Eyni zamanda, iştirakçılarla rollu oyunlar tapşırığı, onlarda psixoterapevtik bacarıqların genişləndirilməsi üçün praktik məşqlər keçirilib. Bununla yanaşı, “Düşüncə, hiss, davranış planları və metodları”, “Hədəflərin düzgün seçilməsi”, “Texnikaların tətbiq edilməsi”, “Müalicə dövrü” mövzularından bəhs edilib və ətraflı müzakirələr aparılıb.
Zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Dos.Dr.Murat Artırana dərin təşəkkürlərimizi bildirir, iştirakçılara uğurlar arzu edirik!