Autizm spektr pozuntusu

Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (məsələn, 8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir.

Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin müalicəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda müvəffəq ola bilməkdədir.

Autizmin adı qoyulmadan çox əvvəl autizm simptomları və müalicəsi təyin olunmuşdur. Martin Lüterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Viktor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmağa və təqlid yoluyla danışmağı təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Neo-Latın “autismus” termini İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə təklif edilib. Bleuler termini yunanca autos (αὐτός, öz mənasında) sözündən götürmüş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: “Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi. “

Autizm termini bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin “autistik psixopatlar” terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə “Autistik yalnızlıq” və “dəyişməməkdə israr” kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.

Kannerin autizm terminini təkrar istifadə etməsi illərcə “infantil şizofreniya” kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, “soyuducu analara” uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozğunluqlarından fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun VI Könüllü fəaliyyət proqramının üzvü Aydan Rəsulova

Son məqalələr

Online Qeydiyyat