10.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və klinik-psixoloq Mələk Allahverdiyeva tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin iştirakçıları üçün klinik-tibbi psixoloq Fuad Əsədov “Koqnitiv Davranış Terapiyası” və klinik-psixoloq Mələk Allahverdiyeva “Fobiyalar və onların psixokorreksiyası” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.