11.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” KURSU-nun 3-cü Modulu baş tutdu. İnstitutun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva 3-cü modulda psixokorreksiya nəzəriyyələrinin əsas istiqamətləri, psixoloji məsləhət zamanı tətbiq olunan texnikalar və problemə uyğun korreksiya üsulunun seçilməsi, psixoloji məsləhət prosesində müraciət edən şəxsin müqaviməti və korreksiya üsulları, həmçinin psixoloji məsləhət prosesində rast gəlinən xüsusi problemlər haqqında ətraflı məlumat verib, kurs iştirakçılarının suallarını cavablandırdılar.