Bu gün FHN Akademiyasının Şəxsi heyətlə iş bölməsinin rəisi polkovnik-leytenant Hüseyn Abdinov və bölmə rəisinin müavini, psixoloq Aynur İsmayılova Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olublar.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixoloqgiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və institutun Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Şərifov onları institutla tanış ediblər.
Qonaqlar əvvəlcə Azərbaycanda Psixologiya Elmi-Tədqiqat İnstitutunda tibb elmləri namizədi, psixoloq Fuad İbrahimbəyovun xatirəsinə yaradılmış muzeydə alimin orijinal əlyazmaları və şəxsi əşyaları, kitabları ilə tanış olublar, eyni zamanda onlara kitabxanada yer alan dissertasiya işləri, elmi-tədqiqatlarla bağlı məlumat verilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun QEEG üzrə baş mütəxəssisi Səyanə Əliyeva qonaqları institutun “Beyin və davranış laboratoriyası” ilə tanış edib. Onlara laboratoriyada aparılan işlər, neyropsixoloji aparatların müayinə və müalicəsi qaydaları, laboratoriyada aparılan elmi-tədqiqat işləri, həmçinin “Quantitative (Rəqəmsal) Elektroensefaloqramma”, “Neurofeedback”, “Transkranial Birbaşa Elektrik Stimulyasiyası” və “Virtual Reallıq” aparatlarının iş prinsiplərindən danışıb.
Daha sonra FHN Akademiyasının Şəxsi heyətlə iş bölməsinin rəisi polkovnik-leytenant Hüseyn Abdinov və bölmə rəisinin müavini, psixoloq Aynur İsmayılova psixoloq Mətanət Əliyevanın “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı”nın dərsinə qatılıblar.