Şizoid şəxsiyyət pozuntusu olan insanların özlərinə və ətrafa münasibətləri

Açar sözlər: şəxsiyyət, davranış, münasibət

Ключевые слова: личность, поведение, отношение

Keywords: personality, behavior, attitude


Şizoid şəxsiyyət pozuntusu olan insanların əsas diqqətə çarpan xüsusiyyətləri utancaqlıq, soyuqqanlılıqdır. Davranışlarında hərəkətsizlik və ətrafa qarşı marağın olmaması aydın nəzərə çarpır. Danışıqları sakit və monotondur. Nə davranışlarında nə də danışıqlarında təbii olmurlar. Kollektivə qarşı soyuqqanlı olurlar və tək başına olmağa üstünlük verirlər. İnsan içinə çıxmaqdan qaçırlar. Düşüncələrini toplamaqda çətinlik çəkirlər, düşüncələri qeyri-müəyyən xarakterli olur. Danışarkən bəzən əsas mövzudan uzaqlaşırlar. Məqsədləri qeyri müəyyən olur və qərarsız kimi görünürlər. Emosional olaraq gülməyi, əylənməyi bilməyən, soyuq, ətrafa qarşı maraqsız olurlar. Rəğbət və cəzaya qarşı etinasızdırlar. Başqaları ilə yaxın münasibət qura bilmirlər, ətraflarındakı insanları anlaya bilmirlər. Özlərinə münasibətləri belədir: “Mən ətrafıma tərs düşən adamam buna görə də heç kimə ehtiyacım yoxdu. Heç bir şeyə marağım yoxdu”. Dünyaya baxışları isə belədir. Yaşamaq çətin və zərərvericidir. Heç kimə güvənməməli və başqalarından uzaq durmaq lazımdır. Beləcə insan özünü qorumalıdır. Şizoid şəxsiyyət pozuntusu olan insanlar fikirləşirlər ki, özləri öz işlərini görməyə yetərlidir, başqaları onların işlərinə zorla qarışır.Müstəqilliyimi əlimdən aldıqları üçün başqaları ilə münasibətə girməməliyəm. Şizoid şəxsiyyət pozuntusunun əsas əlaməti insanlararası yaxın münasibətlərdən uzaq durmaqları və bundan xoşlanmamaqlarıdır. Bu şəxslər ümumiyyətlə başqalarına maraq göstərmədən təkbaşına yaşayırlar. Başqalarıyla olduqda özlərini rahat hiss etməzlər və göz kontaktı qurmazlar. Başqalarının yanında gərəksiz yerə çox ciddi ola bilərlər. Əsəbi olduqlarını göstərməzlər. Heyvanlara qarşı böyük bir bağımlılıq göstərə bilərlər. Aşağıdakı əlamətlərdən dördünün olması diaqnoz qoymağa əsas verir.

1.Ailənin bir parçası ola bilmədiyi kimi nə yaxın münasibətlərə girmək istər nə də yaxın münasibətlərdən zövq alarlar.

2.Həmişə tək qalmağa meyl edərlər.

3.Başqa birisi ilə cinsi münasibət yaşamaq istəyi çox aşağıdır.

4.Çox az fəaliyyətdən zövq alırlar.

5.Birinci dərəcəli qohumlarından başqa dostları və sirdaşları olmur. 

6.Başqalarının fikirlərinin onlar üçün önəmi yoxdur.

7.Emosional soyuq olurlar.

Daha çox kişilərdə rast gəlinir. Şizofreniya xəstəliyi olan yaxınlarıolanlarda sıx rast gəlinir. Özlərinə uyğun məqsədləri və standartları olur. Çox vaxt evlənmirlər. Əsasən uşaqlıq və yeniyetməlik dövründən başlayır.Bütün şəxsiyyət pozuntuları kimi uzun gedişata malikdir. Belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimi, mimikası, jestləri və s. özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də, yaş artdıqdan sonra yaxın saya biləcəklər insanlar olmur. Başqalarının probleminə şərik olmaq, qayğı göstərmək onlara olduqca yaddır. Həqiqəti dərk etməyə səy göstərmirlər.

ƏDƏBİYYAT :

Пономаренко В. Практическая характерология. Методика 7 радикалов. – Москва: ООО «Издательство АСТ», 2019. – 240 с.2.Спирица Е. Вижу вас насквозь. Как “читать” людей. – СПб.: Питер, 2020. – 256 с.

Son məqalələr

Online Qeydiyyat