Bəzi insanlar asılılığa öyrənirlər. Bu, daha çox uşaqkən valideynlərin onların işlərini yerinə yetirməsi və onlara tək başına nələrisə həll etməyə icazə verməməsinə görə olur. Bu uşaqlar böyüyəndə də, təkbaşına nələrisə etməyə çəkinir və daima onların etdiyini təsdiqləyəcək, yaxud da onların yerinə işləri həll edəcək adamlar axtarırlar. Bu cür insanlar daha çox hər şeyə qarışan və onların tək iş görməsinə icazə verməyən insanları sevirlər. İşdə tez-tez müdirin yanına gedir və işləri ilə bağlı onlardan təsdiq almağa çalışırlar. Bu cür insanlar istənilən münasibətdən uşaq, qarşı tərəf isə onu qoruyan və dəstəkləyən valideyn rolunda olur. Bu yaxınlarda şərti olaraq Nuranə adlandıracağım bir xanım bu problemlə bağlı bizə müraciət etmişdi.

”Heç bir işi tək görə bilmirəm. Daima başqalarına ehtiyacının olduğunu hiss edirəm. Qəribə bir şəkildə həyatımda olan bütün insanlar da mənim yerimə işlərimi görəcək insanlardı. Bu, məni həm rahatladır, həm də çarəsiz hiss etdirir”

Əgər, sizdə və ya yaxınlarınızda da bu problem varsa, bu yazını diqqətlə oxuyun.

Nuranədən xahiş etdik ki, təkbaşına edə bilmədiyi işlərin siyahısını tutsun və onları çətinlik səviyyəsinə görə 10 ballıq şkala ilə dəyərləndirsin. Nuranə də təxminən belə bir siyahı hazırladı.

İctimai nəqliyyatdan istifadə etmək – 3
Təkbaşına alış-verişə getmək – 3
Hansısa bir xidmət sektoruna narazılığını bildirmək – 6
Təkbaşına qonaq getmək – 7
Fikirləri sərbəst formada ifadə etmək – 8
Evdə təkbaşına qalmaq – 5
Maşın sürmək – 6

İlk olaraq daha az çətin olandan başladıq. Nuranə ilk olaraq təkbaşına alış-verişə getməyi yoxlayacağını dedi. Növbəti seans Nuranə tək Gənclik malla getdiyini danışdı. Mağazaları gəzərkən birdən-birə tək olduğunu xatırlamış və yanlış bir şey alacağından qorxaraq panika yaşamışdı. İçindən yoldaşına zəng etmək və onu çağırmaq keçsə də, özünü saxlaya bilmişdi. Bir müddət sonra həyəcan da yox olmuşdu. Nuranə bunu bir neçə dəfə etdi. Artıq təkbaşına alış-verişə getmək onu həyəcanlandırmayandan sonra daha çətin olan evdə təkbaşına qalmaq üzərində işləməyə başladıq.

Son məqalələr

Online Qeydiyyat