TÜKƏNMƏ SİNDROMU

Açar sözlər: emosional tükənmə, fiziki tükənmə, zehni tükənmə

Müasir dövrdə texnologiyanın inkişafı birlikdə istehsal və səmərə keyfiyyətində gözlə görülən bir azalma diqqəti cəlb edir. Belə olduqda insanın iş dünyasında davamlı problemlərlə qarşılaşması da qaçınılmaz olacaq. Son dövrdə isə yeni iş mühitləri, rəhbərliklər görülən işlərin xüsusiyyətləri və avtonomluq vəziyyətləri çalışan insanda, xüsusilə tibb içşiləri arasında “Tükənmə sindromu” deyilən bir vəziyyəti ortaya çıxarmışdır. Tükənmə – adamın özünə böyük hədəflər qoyub daha sonra istədiklərini əldə edə bilməyib məyus olması, yorulduğunu və enerjisinin tükəndiyini hiss etməsi kimi açıqlana bilər. Tükənmə sindromu emosional, fiziki, zehni formalarla təzahür etməkdədir.

1.Emosional tükənmənin əlamətləri: depressiv hisslər, özünü dəstəksiz hissetmə; ümidsizlik, gərginlik, əsəbilik, səbrsizlik, narahatlıq kimi mənfi hisslərin çoxalması, nəzakət, hörmət və yoldaşlıq kimi müsbət hisslərdə azalma;

2.Fiziki tükənmənin əlamətləri: gücsüzlük, xroniki yorğunluq, enerji itkisi, xəstəliklərə qarşı daha həssaslıq, tez-tez baş ağrıları, əzələ sıxılmaları, bel ağrısı, yuxu pozutuları;
     3. Zehni tükənmənin əlamətləri: doyumsuzluq, özünə, işinə və ümumən həyata qarşı mənfi fikirdə olma və bunların nəticəsində isə iş buraxma.

Bu problemlərdən ən əhəmiyyətlisi bunlardır:

• iş yükünün çox, istirahət vaxtının isə az olması,
• idarəçilərin qeyri-kafiliyi, yoxlama qeyri-kafiliyi,
• qeyri-kafi ekspert təhsili və istiqamətləndirmə,
• gördüyü  işə nəzarət və təsir etmə hissindən məhrum olma,
• işçilər  arasında dəstək və qarşılıqlı münasibətin olmaması,
• həddindən artıq çətin və sıx iş qrafikinin olması.

Tükənmə sindromu ilə mübarizə aparmaq üçün fərdi tədbirlər xaricində daha ciddi üsullar da vardır.

1.Fərdi və Qrup olaraq çalışanlar

İş mühitlərində nəzarətetmə ehtimalının az olduğu yerlərdə fərdi mübarizə aparmaq üsulları prioritet qazanmaqdadır. Tükənmə sindromunun qarşısını almaq və ya vəziyyəti yaxşılaşdırmaq üçün faydalı bir üsullardan biri – qrup şəklində çalışmaqdır. İş yerində ictimai dəstək məqsədli qrupların yaradılması və eyni şərtlər altında çalışanların iş mühitində qarşılaşdıqları çətinlikləri və stressi dəf etmə üsulları haqqında qarşılıqlı məsləhətləşmələrini təmin etmək məqsədilə  yığıncaqlar təşkil etmək.

2.Təşkilati texnikalar

Fərdi idarə texnikaları ilə problemin peyvənd etmədiyi vəziyyətlərdə təşkilati texnikaları istifadə edilməkdədir. Bu texnikalar 3 əsasdan meydana gəlir:
1. İşin Modifikasiyası: həddindən artıq yüklənmə, boş oturma, qeyri-müəyyənlik və ya qarşıdurmadan qaynaqlanan stressin azaldılmasında sadə və təsirli üsuldur. Fərdi iş stresini azaltmaq üçün işin yenidən qurulmasına yönəlik üsullar bunlardır :

• çətin işlərin eyni şəxslər üzərində yığılmasının qarçısını almaq üçün  onun bərabər olaraq hamıya paylanması.
• çətin işlərin mübadilə işi olaraq edilməsini təmin etmək,
• gün ərzində işdən kənar fəaliyyətlər üçün zaman ayırmaq
• çalışanlara yeni proqramlar meydana gətirməsi üçün imkan yaratmaq.

2. Məsləhət Xidmətləri: bu üsulla məsləhətçilərin təklif və tənqidlərə daha açıq olması təmin edilərkən, çalışanların fikirlərinə də əhəmiyyət verilmiş olar.
3. Təşkilat olaraq problem həll etmə: Keyfiyyət inkişaf proqramlarının bir məqsədi də iş mühitinin doğru qiymətləndirilməsini, problemlərin ortaya çıxdığı ilk anda ələ alınmasını təmin edəcək qalıcı bir mexanizmin yaradılmasını təmin etməkdir. Çalışanlara problem həll etməyə istiqamətli yığıncaqların təşkil edilməsi şəxsiyyət naməlumluğunu və ünsiyyətsizlikdən qaynaqlanan qarşıdurmaların qarşısını ala bilər.

ƏDƏBİYYAT

  1. Kuçyunas R. Psixoloji məsləhətin əsasları. Bakı, “Maarif”, 2010, 238 s.
  2. Limunət Əmrahlı. Psixoloji xidmətin əsasları. Bakı, 2006, 284 s.

Müəllif : Narınc Psixologiya Mərkəzinin psixoloqu Aysel Allahverdiyeva

Son məqalələr

Online Qeydiyyat