Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir.
Qeyd edək ki, layihənin məqsədi məktəbəqədər təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırlmasıdır.
Budəfəki görüşdə məktəbəqədər yaş dövrünün əsas psixoloji xüsusiyyətləri və məktəbəqədər dövrdə uşaqlarda rast gəlinən diqqət əksikliyi, hiperaktivlik sindromu və onun psixokorreksiya texnikaları mövzusu haqqında danışılıb.