26.06.2021 tarixində Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, klinik psixoloq Fəxriyyə Nəsirzadə və klinik psixoloq Alin Kobalın təqdimatında “Cinsi terapiya” adlı vebinar baş tutdu.
Vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Zoom platforması üzərindən həyata keçirildi.
Mütəxəssislər vebinar iştirakçılarına Ailə və evlilik terapiyasının məqsədi, əsas elementləri, cinsi terapiyanın əhəmiyyəti, hansı problemlər üzərində işlənməsi və praktikada tətbiqə dair zəruri məlumatlar təqdim etdilər.
Sonda isə iştirakçıların mövzu üzrə sualları cavablandırıldı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq öz zəngin bilik və təcrübəsini vebinar iştirakçıları ilə paylaşdığı üçün təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!