Asılılıqların Psixodiaqnostikası və Psixokorreksiyası Üzrə İxtisasartırma Kursu

Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Asılılıqların Psixodiaqnostikası və Psixokorreksiyası Üzrə İxtisasartırma Təhsili” proqramını təqdim edir. Bu təhsil proqramı asılılıqlarla işləyən psixoloqlar, psixiatrlar, sosial işçilər və asılılıq sahəsində müalicə xidmətləri göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Proqramın əsas məqsədi asılılıqların erkən diaqnostikası, səbəblərinin təhlili və psixoloji müalicə metodlarının tətbiqi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Təhsilin strukturu

60 akademik saat

Praktik Təcrübə

dövlət nümunəli sertifikat

Mövzunun aktuallığı

Asılılıq problemləri müasir dövrdə qlobal miqyasda ciddi sosial və psixoloji problemlərdən birinə çevrilmişdir. Maddə asılılığı (alkoqol, narkotik maddələr) və davranış asılılığı (qumar, internet asılılığı və s.) fərdlərin psixi və fiziki sağlamlığına, sosial rifahına və həyat keyfiyyətinə dərin təsir göstərir. Bu problemlərin erkən mərhələdə diaqnostikası və müvafiq psixoloji müdaxilənin həyata keçirilməsi onların aradan qaldırılmasında mühüm rol oynayır.

Asılılıqların artması ilə əlaqədar mütəxəssislərin bu sahədə bilik və bacarıqlarını mütəmadi yeniləməsi vacibdir. Azərbaycanda və digər ölkələrdə asılılıq problemləri ilə mübarizə aparan mütəxəssislərin iş keyfiyyətini artırmaq, bu sahədə yeni elmi yanaşmaları mənimsəmək və müasir psixoterapevtik texnikaları tətbiq etmək cəmiyyətin psixi sağlamlığının qorunmasında əhəmiyyətlidir.

Proqramın məqsəd və vəzifələri:

Proqramın əsas məqsədi asılılıqlarla işləyən mütəxəssislərə geniş, elmi əsaslara söykənən nəzəri və praktiki biliklər verməkdir. Bu biliklər asılılıqla bağlı problemlərin diaqnostikası, müdaxilə və müalicə sahəsində mütəxəssislərə dərin təlimat verəcək. Proqramın xüsusi məqsədləri aşağıdakı istiqamətləri əhatə edir:

  • Asılılıq üzrə biliklərin mənimsənilməsi: İştirakçılar asılılıq problemlərinin növləri, onların səbəbləri və simptomları barədə geniş biliklər əldə edəcəklər. Bu biliklər onlara maddə və davranış asılılığı pozuntularının erkən mərhələdə tanınması və müalicə edilməsində kömək edəcək.
  • Psixodiaqnostik metodların mənimsənilməsi: Mütəxəssislər asılılıqların beynəlxalq standartlara uyğun diaqnostika metodlarını öyrənəcəklər. Bu metodlar asılılıq problemlərinin əsas xüsusiyyətlərini müəyyən etmək və fərdi diaqnostik prosedurları həyata keçirmək üçün zəruri bilik və bacarıqlar verəcək.
  • Psixokorreksiya metodlarının tətbiqi: İştirakçılar asılılıqların korreksiyası üçün fərqli psixoterapiya texnikalarını öyrənəcəklər. Bu metodlar asılılıqdan əziyyət çəkən fərdlərin sosial və emosional adaptasiyasına və onların psixoloji müdaxilə ilə bərpa edilməsinə yönəlmişdir.
  • Psixoloji yardım və reabilitasiya xidmətlərinin təşkili: Proqram çərçivəsində mütəxəssislər asılılıqla mübarizədə psixoloji dəstəyin və reabilitasiya xidmətlərinin təşkil edilməsi üzrə biliklər əldə edəcəklər. Bu xidmətlər, fərdlərin sağlam sosial və emosional həyatlarına geri dönmələrinə kömək edəcək.

Proqramın Mövzuları və İstiqamətləri

Asılılıq mövzular
1. Baş-beyin və davranış (davranışın neyrologiyası)
1.1 Baş-beyin və davranışın əlaqəsi
1.2 Baş-beynin əsas strukturları və funksiyaları
1.3 Sinir sisteminin hüceyrə komponentləri
1.4 Sinir sisteminin böyük miqyaslı strukturu
1.5 Əsas beynin görüntüləmə texnologiyaları
2. Psixoaktiv maddələrin beyində hərəkət mexanizmləri
2.1 Psixoaktiv maddələr və onların insan davranışı üzərində təsir effektləri
2.1.1 Depressantlar
2.1.1.1 Opioidlər
2.1.1.2 Benzodiazapinlər
2.1.1.3 Alkoqol
2.1.2 Cannabinoidlər
2.1.3 Psixostimulyatorlar
2.1.4 Hallusinogenlər
2.1.5 İnhalantlar
2.1.6 Yeni Psixoaktiv Maddələr (YPM)

3. Maddə sui-istifadəsi və asılılıq

3.1 Asılılıq və onun növləri (psixi və fiziki)
3.2 Etiologiyası

4. DSM 5 və İCD -11 Maddə İstifadəsi Pozuntusu üçün meyarlar
4.1 Kəskinlik dərəcəsi və müəyyən edici faktorlar
4.2 Maddə istifadəsi pozuntusu və differensial diaqnostika
4.3 Maddə istifadəsinə bağlı olaraq yaranan digər pozuntusu
4.3.1 İntoksikasiya
4.3.2 Abstinensiya
4.3.3 Digər mental pozğunluqlar( psixoza bağlı pozuntular ,depressiv pozuntu, bipolyar və əlaqəli pozuntular, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntular,yuxu pozuntuları, cinsi disfunksionallıq, neyrokoqnitiv pozuntular)
4.4 Qeyri-maddə ilə əlaqəli pozuntular
4.4.1 Qumar oynamaq pozuntusu
5. Asılılığa biopsixososial yanaşma
6. Maddə istifadə pozuntusunun idarə edilməsində çətinliklər və müalicə prinsipləri
6.1 Detoksifikasiya
6.2 Farmakoterapiya
6.3 Psixoterapiya
6.4. Reabilitasiya

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.

Online Qeydiyyat