Psixologiya Elmi-Tədqiqat İnstitutunun aparmış olduğu tədqiqatın məqaləsi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnalda dərc olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun aparmış olduğu tədqiqatın məqaləsi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnalda dərc olunub.

AMEA-nın müvbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Fuad Əsədov, Rəhilə Məmmədova, Nigar Əsgərova, Leyla İsayeva və Ülkər Zalova Nuriyevanın “Tuckman Prokrasinasiya Şkalasının Azərbaycan dilinə adaptasiyası: Onun akademik motivasiya və özyetərlilik ilə əlaqəsi” (An Azerbaijani Adaptation of Tuckman Procrastination Scale: Its Association with Academic Motivation and Self-Efficacy) məqaləsi ERİC, DOAJ, H.W.Wilson, ERIHPLUS, SOBIAD kimi beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan “International Journal of Contemporary Educational Research” jurnalında dərc olunub. 16 maddəli Tukmanın prokrasinasiya şkalasının Azərbaycan dilində strukturunun analizi zamanı 3 maddənin faktor yükləri normadan daha aşağı göstərici nümayiş etdirdiyi üçün şkala maddələri arasından xaric edilmiştir. Beləliklə, 13 maddəli prokrastinasiya şkalası Azərbaycan dilinə adaptasiya olunmuşdur.

https://ijcer.net/index.php/pub/article/view/744/402

Son məqalələr

Online Qeydiyyat