Valideynlər üçün treninq: “Effektiv valideyn bacarıqları”
Müddət: 10 saat
Kimlər üçün nəzərdə tutulub: Valideynlər, uşaqlarının inkişafına dəstək olmaq və daha sağlam, balanslı münasibətlər qurmaq istəyənlər.
İştirakçılar nə qazanacaq
Valideynlik bacarıqlarını inkişaf etdirərək, uşaqları ilə daha effektiv ünsiyyət quracaqlar.
Özünə inam və emosional stabilliklərini gücləndirərək, övladları ilə həm fiziki, həm emosional olaraq daha sağlam münasibət qura biləcəklər.
Uşaqlarına sevgi və dəstək verərkən, sərhədləri və davranışlarını necə düzgün formalaşdıracaqlarını öyrənəcəklər.
Hisslərinə və ehtiyaclarına daha yaxşı diqqət yetirərək, uşaqlarının emosional inkişafını dəstəkləyəcəklər.
Treninqin məzmunu
Valideynin Əsas Bacarıqları: Valideynin hansı bacarıqlara malik olması gərəkdiyi və övladları ilə effektiv ünsiyyət qurmağın əhəmiyyəti.
Assertiv Valideynlik: “Yox” demə bacarıqları və assertiv ünsiyyətin formalaşdırılması; passivlik, aqressivlik və assertivlik arasındakı fərqlərin öyrənilməsi.
Özünə İnkişaf: Özünə hörmətin və özgüvənin artırılması, özünü qiymətləndirmə testləri ilə şəxsi güclü və zəif tərəfləri müəyyənləşdirmək.
Effektiv Ünsiyyət: Uşaqlarla düzgün və sağlam ünsiyyət qurma metodları; verbal və qeyri-verbal ünsiyyət bacarıqları; “Ən yaxşı seçimlər” oyunu.
Özünə Nəzarət və Emosional Stabillik: Emosional stabilliyi qorumaq və övladlarla soyuqqanlı ünsiyyətin qurulması üçün praktiki məşqlər.
Bu treninqdə iştirak edən valideynlər, həm öz davranışlarını daha yaxşı başa düşəcək, həm də uşaqları ilə daha möhkəm və sağlam əlaqələr qurmağa başlayacaqlar.
Əlavə qeydlər
Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.