Keçirilmə Forması: Slayd təqdimatı - Texnikalar izahlı material - Qeyd Dəftərçələri
Kimlər iştirak edə bilər: Stresi idarə etməkdə çətinlik çəkən və şəxsi məhsuldarlığını artırmaq istəyənlər, həmçinin iş və gündəlik həyatda streslə baş etməyə çalışan şəxslər.
İştirakçılar nə qazanacaq
Stresin əsas əlamətlərini və mərhələlərini tanıyacaq.
Həyat və işdə stresin idarə edilməsi üçün müxtəlif texnikalar öyrənəcək.
Zamanın düzgün idarə olunması və emosional stabilliyi qorumaq üçün alətlər əldə edəcək.
Assertiv davranış formalaşdıraraq, öz mövqeyini müdafiə etmə bacarığını inkişaf etdirəcək.
Treninqin məzmunu
Stresin həyat keyfiyyətinə və məhsuldarlığa təsirini anlamaq.
Stresin idarə olunması metodları.
Stresli vəziyyətlərdə hansı addımları atmaq lazımdır.
5 əsas zaman idarəetmə metodu və 2 xüsusi texnika.
Bu treninq, iştirakçılara stresin qarşısını almaq və idarə etmək üçün praktiki alətlər təqdim edərək, onların şəxsi və peşəkar həyatlarını daha sağlam və məhsuldar şəkildə idarə etməyə kömək edəcək.
Əlavə qeydlər
Materiallar: İştirakçılara təlimat kağızları, fəaliyyət vərəqləri və digər faydalı materiallar təqdim edilir.
İnteraktiv Yanaşma: Proqramın interaktiv olması və iştirakçıların fəal iştirak etməsi üçün müxtəlif texnikalardan istifadə edilir.