“Təhsildə psixoloji xidmətin əsasları” adlı kitabımız nəşr olundu.

Dəyərli izləyicilərimiz yeni nəşr olunan “Təhsildə psixoloji xidmətin əsasları” adlı kitabımızı sizə təqdim edirik.

Kitabın müəllifləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə psixoloji xidmətə dəstək mərkəzinin direktoru Mətanət Əliyeva və Klinik psixoloq Mələk Allahverdiyevadır.

Təhsilalanların koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyətin formalaşması, eləcə də baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, suisid hallarının, məktəbdən yayınma, aqressiya kimi deviant davranışın vaxtında qarşısının alınması üçün psixoloji xidmətə olan tələbat günbəgün artmaqdadır.

Qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsi şagirdlərin fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir.

Kitabı əldə etmək və haqqında ətraflı məlumat üçün bizimlə əlaqə : 070 268 27 08 (mobil / what’s App)

Son məqalələr

Online Qeydiyyat