Psixo-help – “Bağışlamağı öyrənmək”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 06.08.2021 tarixində baş tutdu.

Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva, mövzu isə “Bağışlamağı öyrənmək” oldu.

Zoom platforması üzərindən tədris olunan vebinarda Leyla xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Son məqalələr

Online Qeydiyyat