Dəyərli izləyicilərimiz, öyrədici vebinarlarımız davam edir.
Boş zamanınızı səmərəli dəyərləndirməyiniz üçün daha bir öyrədici vebinarımızı təqdim edirik.
“Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixoloji və nevroloji aspektləri” adlı vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və nevroloq Vəfa Əzimovanın təqdimatında baş tutacaq.
Bol informasiyalı vebinar 18.01.2021 tarixi, saat 18:00-da ZOOM proqramı ilə keçiriləcək.
Vebinarda iştirak ödənişsizdir. İştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz mütləqdir!
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)