“Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” adlı masterclassın 2-ci, sonuncu modulu 18.11.2020 tarixində baş tutdu.
Qeyd edək ki, 6 saatlıq proqramı əhatə edən masterclass Sidney Universitetinin proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirildi.
Nərmin xanım iştirakçılara pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi üzrə texnikaları öyrətməklə yanaşı, meditasiya həyata keçirərək onun texnikalarını da öyrətdi.
Masterclass iştirakçıların bir-birindən xoş rəylərilə başa çatdı.
Çox xoş rəylər aldığımız, bol informasiyalarla zəngin masterclass üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!