Praktik Loqopediya Kursu (Modul 1)

07.10.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Praktik Loqopediya Kursu tədris olunmağa başladı.

Öz sahəsində kifayət qədər təcrübəli və peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunan kursun ilk dərsində iştirakçılara Loqopediya haqqında ilkin məlumatlar verildi, nitqin ilkin müayinəsi və diaqnozun təyin olunması, nitq qüsurlarının növləri mövzularına yer verildi.
İştirakçılar dərs materialları ilə təmin olundular.
İştirakçılar tərəfindən rəğbətlə dəyərləndirilən ilk dərs üçün Qönçə xanıma dərin təşəkkürümüzü bildirir, iştirakçılarımıza uğurlar diləyirik.

Qeyd edək ki, Praktik Loqopediya Kursunun növbəti qrupu üçün qeydiyyat davam edir.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat