“Uşaq və yeniyetmələrdə depressiya və onun korreksiyası” təlimi – Superviziya (V-IX siniflər üzrə məktəb psixoloqları üçün)

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarının bir qrupuna 27.06.2020 tarixində növbəti təlim tədris olunmuşdur.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın tədris etdiyi təlim “Uşaq və yeniyetmələrdə depressiya və onun korreksiyası” mövzusuna həsr olunmuşdur.

Nərmin xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat