“Pandemiya şəraitində sosial-psixoloji xidmət: yaşamboyu inkişaf” adı altında defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün təşkil olunmuş ixtisasartırma kursuna yekun vurulmuşdur.

20 iyun 2020-ci il tarixində “Pandemiya şəraitində sosial-psixoloji xidmət: yaşamboyu inkişaf” adı altında 16 iyun 2020-ci il tarixində start verilmiş 5 günlük 12 saatlıq defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün təşkil olunmuş ixtisasartırma kursuna yekun vurulmuşdur.

Kursun təqvim-tematik planına uyğun olaraq nəzərdə tutulmuş təlimlər davam etdikdən sonra iştirakçıların istəkləri üzərinə onlayn formatda dəyirmi masa təşkil olunmuşdur. Müzakirədə təlimçilərlə yanaşı institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Reabilitasiya agentliyinin direktoru Ramin Səfərov, Narınc Psixologiya Mərkəzinin əməkdaşları da iştirak etmişlər.

Müzakirənin sonunda ixtisasartırma kursuna yekun vurulmuş və sertifikatlar iştirakçıların elektron poçt ünvanlarına göndərilmişdir.

Son məqalələr

Online Qeydiyyat