Abituriyentlərin imtahana psixoloji hazırlığı

06.07.2019-cu il tarixində institutumuzda abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanında uğurlu nəticə əldə etmələri məqsədilə abituriyentlər üçün qrup çalışmaları təşkil olundu. 
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, eyni zamanda Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən keçirilən qrup çalışmaları motivasiyanın artırılması, imtahan öncəsi psixoloji hazırlıq, imtahan zamanı yaranan stressin idarə olunması, pis nəticədən qorxma halının azaldılması, aradan qaldırılması, müvəffəqiyyətə köklənməyə xidmət edirdi. 
Bir çox abituriyentlərin uğurlu nəticəsində böyük əməyi və rolu olan Səbinə xanım abituriyentlərlə qrup çalışmaları işlədi, onları psixoloji olaraq imtahana hazırladı. 
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Səbinə xanıma təşəkkürümüzü bildirir, bütün abituriyentlərə imtahanda uğurlar arzu edirik.

Son məqalələr

Online Qeydiyyat