TƏLƏBƏ PSİXOLOQLARIN II ÜMUMRESPUBLİKA KONFRANSI

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Tələbə Psixoloqların I Ümumrespublika Konfransı” nı təqdim edir!
Psixologiya ixtisası üzrə təhsil alanlar və psixologiya ixtisası ilə maraqlanan, öz sahəsi üzrə ixtisaslaşmış 5 peşəkar spikerin təqdimatında baş tutacaq elmi,əyləncəli və praktik konfransda iştirak edə bilərsiniz.

🤔KONFRANSDA İŞTİRAK ETMƏKLƏ NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?
1.Psixologiya ilə bağlı maraqlı,praktik və elmi məlumatlar.
2.Psixologiya sahəsi üzrə yeniliklər.
3.3 təlim+2 workshop da iştirak haqqı
4.Rəsmi işlərə lazım olacaq 2-ədəd sertifikat

🔵KONFRANSIN MÖVZULARI:

1. Asılılığın insan psixologiyasına təsiri
2. Düşüncələr bizimlə necə oynayır?
3. Stresssiz həyat mümkündürmü?
4. Con Qrinder təsnifatında şəxsiyyət tipləri. – Sevgili və dost seçimində bunların əsas rolu (workshop)
5. Özgüvən və Motivasiya (workshop)

😎KONFRANSIN SPİKERLƏRİ:
1. Araz Manuçöhri-Lalei
2. Mələk Kərimova
3. Orxan Oruc
4. Narınc Rüstəmova
5. Gülər Məmmədova

🌐KONFRANSIN MƏKANI:
Psixologiya Elmi-Tədqiqat İnstitutu (Konfrans Zalı)

📅KONFRANSIN TARİXİ:
23Dekabr | 09:00-18:00 (yemək və çay fasiləsi daxil)

📝SPİKERLƏR HAQQINDA MƏLUMAT:

😊ARAZ MANUÇÖHRİ LALEİ

– Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent
– Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin məzunudur. Tibb elmləri üzrə fəlsəfə doktoru, 2002-ci ildən ATU-nin dosenti.
– 1998-2003-cü illərdə Azərbaycan Universitetində böyük lektor kimi çalışmışdır.
– 2006-2011-ci illərdə “Bərpa” Psixiatrik Klinikanın direktoru çalışmışdı.
– Bir neçə Beynəlxalq konfransların (Bolqarıstan, Kanada, Rusiya, Çex Respublikası, İtaliya, İspaniya, Macarıstan, Argentina və s.) iştirakçısı, elmi nəşrlərin və tədqiqatların müəllifidir.
– Azərbaycan Psixiatriya Asosiasiyasının Təhsil işləri üzrə katib vəzifəsində göstərmişdir.
– Avropa Psixiatriya Assosiasiyanin üzvüdür.
– Ümümdünya Psixiatriya Assosiasiyanin üzvü

Müəllifi olduğu elmi iş və məqalələr:
– Burn-out sindromu psixoaktiv mad-delerden sui-istifadenin risk faktoru kimi.
– Krizis hallarinin kliniki aspektleri.
– Məhdud cinayət məsuliyyət meyarlarının məhkəmə psixiatriya təcrübəsində istifadəsi.
– Kannabis ilə intoksikasiya nəticəsində kriminal davranış.
– Krizis halları ve onların qarşısının alınması (metodik vəsait).

Hal-hazırda isə Araz Manuçöhri Lalei Respublikanın Baş Narkoloqudur.

😊MƏLƏK KƏRİMOVA

– Psixoloq Hacettepe universiteti məzunu (bakalavr və magistr), hazırda
– Hazırda Xəzər Universitetinin doktorantı,Xəzər universiteti Psixologiya Departamentinin koordinatoru, Xəzər psixoloji Xidmət Mərkəzinin direktorudur.
– Tempus Beynəlxalq layihəsində “Əlilliyi olan tələbələrin ali məktəblərə inteqrasiyası” -3 il müddətində təlimçi
– Cito Türkiyə Layihəsi “Beynəlxalq Qiymətləndirmə nəticələrindən istifadə edərək təhsilin keyfiyyətinin artırılması” – təlimçi
– İnternet asılılığı, Qısa Semptom testlərini Azərbaycan üçün standartlaşdırıb (836 nəfərlik qrupda tədqiqat keçirib), nəticələr isə beynəlxalq indeksli jurnallarda çap olunub.
– Hazırda incəsənətin psixologiyası və fəlsəfəsi ilə maraqlanır.
– Beynəlxalq səviyyədə Zehni Davranış Terapiyası təlimlərində mütəmadi olaraq iştirak edir. (80 saat tamamlanıb)

😊ORXAN ORUC

– Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya istiqaməti üzrə bakalavr və magistr, Belçika Krallığının Ghent universitetində magistr təhsili alıb.
– Avropa Gənc Psixoloqlar Assosasiyasının Azərbaycan üzrə milli nümayəndəsi olub.
– 2017-ci ildə 34 ölkədən 300-dən çox gənc psixoloqun iştirakı ilə Azərbaycanda keçirilən Avropa Tələbə Psixoloqlar Assosasiyasının 31-ci ümumavropa konqresinin təşkilat komitəsinin sədri olub.
– Türkiyədə “Nörokey” Fərdi və Təşkilati İnkişaf Mərkəzində, Hindistanda “Milli Əmək Münasibətləri Araşdırması Akademiyasında” təcrübə keçib.
– Böyük Britaniya, İrlandiya, İsveçrə, Fransa, Polşa, Çexiya, Ruminiya, Portuqaliya, Malta, Çin və başqa ölkələrdə beynəlxalq konfrans və seminarların iştirakçısı olub.
– “Gənc Psixoloqlar” ictimai birliyinin həmtəsisçisidir və hal-hazırda təşkialtın sədri vəzifəsini icra edir.
– Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsində baş məsləhətçi (psixoloq) vəzifəsində çalışır.

– Ümumilikdə psixoloji mövzularda 7500-dən çox iştirakçıya 2150 saat təlimçilik və 6 illik fərdi psixoloji məsləhətçi təcrübəsi var.

😊NARINC RÜSTƏMOVA

– Narınc Psixologiya Mərkəzinin rəhvəri, klinik psixoloq.
– N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakültəsinin məzunudur.
– Türkiyənin Üsküdar Universitetində klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.
– Profesional Psixoterapevtlər Liqasının Azərbaycan Təmsilçiliyinin həqiqi üzvüdür.
– Narınc Psixologiya Qəzetinin baş redaktorudur.
– Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı “Narınc” ilk ərazi Partiya təşkilatının sədridir.
– Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında Şura üzvüdür.
– 4 kitabın,10 dan çox elmi məqalənin müəllifidir.
– 2-3 İyun 2017-ci il tarixində AMEA GƏnc Alimlər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin ortaq layihəsi olan Azərbaycan ilk dəfə keçirilmiş “I Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı” nın, 9-10 İyun 2018-ci ildə keçirilmiş “II Beynəlxalq Ailə və Uşaq Psixologiyası Kofransının” təşkilati rəhbəridir.
– Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar
İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “Azərbaycan Bayrağı”
Mükafatı Lauretinin DİPLOMU ilə təltif olunub.
– Beynəlxalq dəyərlərdən bəhrələnərək ölkəmizdə demokratik cəmiyyət,
hüquqi dövlət, insan azadlığı vətəndaş haqlarının aliliyi və siyasi plüralizm
prinsiplərinin XALQ və PREZİDENT İLHAM ƏLİYEV tərəfindən birlikdə
həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə
“ŞÖHRƏT DİPLOMU” ilə təltif olunub.
– Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar
İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “İLİN PSİXOLOQ ALİ
DİPLOMU” ilə təltif olunub.
– Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “FƏAL TƏLƏBƏ”
layihəsi çərçivəsində tələbənin özünəgüvəninin artırılması mövzusunda
keçirilən təlimdə təlimçi qismində iştirak etdiyinə görə DİPLOMla təltif
olunub.
– Ulu Səs və Yeni Şans qəzetlərinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respublikada uşaq təfəkkürünün inkişafında göstərdiyi əməyə görə “İLİN VƏTƏNPƏRVƏR XANIMI” Fəxri Diplomu ilə təltif olunmuşdur.
– 2015- ci ildə Türkiyənin Sabancı universitetində təşkil olunan “1st İNTERNATİONAL DEVELOPMENTAL PEDİATRİCS CONGRESS” ində ölkəmizi layiqincə təmsil edib.

😊GÜLƏR MƏMMƏDOVA

– Qızlar Universitetinin “Pedaqogika və psixologiya ixtisası üzrə bakalavr təhsili alıb.
– Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura və doktorantura pillələrini bitirib.
– 1995-ci ildə Tofiq Məmmədov adına 239 saylı orta məktəbdə praktik psixoloq kimi fəaliyyət göstərib.
– 2009-cu ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında bö¬yük laborant vəzifəsində çalışıb.
– Sumqayıt Dövlət Universitetinin magistrların konfransında “Yaradıcı və bərpaedici təxəyyül” adlı məqalə ilə iştirakçı olub.
– Azərbaycan Dillər Universitetinin “Elmi Xəbərlər” Bakı -2011 Jurnalında “Təxəyyülün konseptual modelləri” adlı məqaləsi nəşr olunub.
– Bakı Dövlət Universitetinin Elmi əsəslər toplusunda “Yeniyetmələrin psixo¬loji xüsusiyyətləri və onların özünüidentifikasiyasında valideynlərin rolu” adlı mə¬qaləsi dərc olunub.
– Qafqaz Universiteti Azərbaycan Xalıqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc tədqiqatçıların I Beynəlxalq konfransında “Gender psixologiyasında empatiya konsepsiyası” adlı məqaləsi ilə çıxış edib.
– Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olun¬muş ümumi psixologiya və ümumi pedaqogika kafedralarının “Təhsilin aktual psi¬xoloji-pedaqoji problemləri mövzusunda elmi konfransının” materiallarında “Gender psixologiyasında emosiya problemi” adlı məqaləsi dərc olunub.
– 2014-cü ildə Akdeniz üniversitesi tıp fakültesi psikiyatri anabilim dalı, uzman klinik psikolog Sibel Dinç Çalışkanın “Cinsellik, Cinsel Anatomi ve Cinsel İşlev Bozuklukları” təlimini başa vurmuşdur.
– 2017-ci ildə “I Ailə və Uşaq Beynəlxalq Konfransı”nda iştirak etmişdir.
– 07-08.10.2017-ci ildə “Psixi Sağlamlıq Simpoziumu”nda iştirak edib.
– 2014-2018-ci illərdə ENM Psixologiya və Konsultasiya Mərkəzində psixoloq vəzifəsində çalışıb.
– 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi psixologiya kafedrasında psi¬xo¬logiya müəllimi kimi çalışır.

Hazırda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu vəzifəsində fəaliyyətini davam etdirir.

💰KONFRANSIN QİYMƏTİ:
3 PRAKTİK TƏLİM+2 WORKSHOP+2 ƏDƏD SERTİFİKAT+DADLI NAHAR VƏ COFFEE BREAK=25 AZN

Digər (tələbə olmayan) şəxslər üçün ödəniş 35 azn-dir.

QEYDİYYAT LİNKİ:
https://goo.gl/i4Ujd5

Bizimlə əlaqə:
☎️Telefon: 012-563-00-44
📱What’s app:070-268-27-08

Son məqalələr

Online Qeydiyyat