“BURN-OUT SİNDROMU”( EMOSİONAL YANMA SİNDROMU) Simpoziumu

Psixologiya Elmi-Tədqiqat İnstitutu “BURN-OUT SİNDROMU”( EMOSİONAL YANMA SİNDROMU) mövzusuna həsr olunmuş SİMPOZİUMU təqdim edir!
Öz sahəsinin peşəkarı olan 3 tanınmış mütəxəssisin hər biri mövzuya öz sahəsindən yanaşacaq:
1. Ceyhun Alıyev – Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.
2. Jalə Qarayeva – Türkiyədə ( Ankara Gazi Hastanesi) ixtisaslaşmış nevroloq, EEQ mütəxəssisi.
3. Araz Manuçehri Lalei – Azərbaycan Respublikasının baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin direktoru, həkim-psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent.
Onlarla birlikdə Burn-out sindromunun psixoloji, nevroloji və psixiatrik tərəflərini araşdırıb aşkara çıxaracaq və bu sindromun aradan qaldırılması istiqamətində ən optimal yolları sizə göstərəcəyik. “BURN-OUT SİNDROMU” mövzusuna həsr olunmuş SİMPOZİUM 16 İyun, saat 12:00-15:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda ( Ziya Bünyadov pr.38) keçiriləcəkdir.
Simpoziumda iştirak edən hər kəsə SERTİFİKAT təqdim ediləcək.
Simpoziumda iştirak ödənişlidir.
Ödəniş: 30 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 20 AZN.
İştirak etmək üçün ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what’s App).

Son məqalələr

Online Qeydiyyat