Psixologiya Elmi-Tədqiqat İnstitutu, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi sizə növbəti praktik təlimi təqdim edir. Bu dəfə sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi Əli Xəlilovun təqdimatında “ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” təliminə dəvət edirik.
Uğurlu ünsiyyәt yalnız sizin öz ünsiyyәt tәrzinizi vә onun başqalarına tәsirini yaxşı dәrk etmәyi deyil, hәmçinin, qabiliyyәtlәrinizdәn istifadә bacarığını, ünsiyyәt tәrzinizi müxtәlif hadisәlәrә vә şәxsiyyәt növlәrinә uyğunlaşdırmağı da tәlәb edir.
Tәlim sizdә müxtәlif vәziyyәtlәrdә effektiv ünsiyyәt bacarıqlarını inkişaf etdirmәyә şәrait yaradacaq.
25.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq təlim qeyd olunan mövzuları əhatə edəcəkdir:
Gündәlik hәyatımızda ünsiyyәt amili;
Ünsiyyәtin tәrәflәri vә funksiyaları;
Kommunikasiya növləri və vasitələri;
Nəzəriyyələr və tədqiqatlar;
Kiçik və böyük qruplarda ünsiyyət strategiyaları;
Ünsiyyәt problemlәri və həlli yolları;
Effektiv ünsiyyət texnikaları və metodları;
Tәlimdә iştirak etmәklә siz, qeyd olunan bacarıqlara yiyәlәnmә imkanı qazanacaqsınız!
*Ünsiyyət bacarıqlarının inkişafı;
*Qruplarda effektiv ünsiyyət prosesini qurmaq;
*Kommunikasiya tәrәflәrini, vasitәlәrini, növlәrini bilmәk;
*Ünsiyyәt qurduğunuz zaman özünә inamlı olmaq;
*Şәxsi ünsiyyәt tərzini, güclü vә zәif tәrәflәri müәyyәn etmәk vә bunun başqalarına tәsirini bilmәk;
*Müxtәlif tәsir strategiyaları vә bu strategiyaların tәdbiqindәn mәlumatlı olmaq;
*Lazım olan situasiyada düzgün ünsiyyәt növü seçmәk.
“ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” təlimində iştirak haqqı statusundan asılı olmayaraq hər kəs üçün 10 AZN təşkil edir.
Təlim iştirakçılarına SERTİFİKAT təqdim olunacaq.
Təlimdə iştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/ what’s app).