23.10.2021 tarixində institutumuzda V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.
Təlim “Lüşer proyektiv testinin tətbiqi” mövzusuna həsr olundu və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyevanın təqdimatında baş tutdu.
Leyla xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.
Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Leyla xanıma dərin təşəkkürümüzü bildirir, V Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.